Bazar, 19 May

"Qarabağla bağlı məsələlər Bakının istəyi ilə həll olunur" - Rubinyan

image

“Qarabağla bağlı məsələlər Bakının istəyi ilə həll olunur”.

Xəbər verilir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan aprelin 21-də növbədənkənar iclasda bildirib.

O bildirib ki, Ermənistan Madrid prinsiplərini qəbul edib. Və bununla da faktiki olaraq Qarabağın “öz müqəddəratını təyinetmə hüququ”nun Azərbaycanın istəyi ilə məhdudlaşdığını bildirib.

Parlamentin vitse-spikeri rəqiblərinə müraciət edib:

“Mən başa düşmürəm ki, siz hakimiyyətdə olduğunuz zaman niyə “Arsax”ı tanımamısınız?.

O, müxalif deputat Artur Xaçatryanın “öz müqəddəratını təyinetmə hüququ”nun məhdudlaşdırıla bilməyəcəyi ilə bağlı bəyanatına toxunub. Rubinyan tarixə və onun xronoloji ardıcıllığına qayıtmağı təklif edib.

“1991-ci ildə Qarabağda referendum keçirildi. Referendum nəticəsində “Arsax” xalqı Qarabağın “müstəqil respublika” elan edilməsinə səs verdi. Sual olunur: Ermənistan Qarabağın öz müqəddəratını təyinetmə aktını niyə tanımadı? İndiyə qədər heç bir hökumət dövründə Ermənistan Qarabağı “müstəqil respublika” kimi tanımayıb. Problem ondadır ki, biz öz terminologiyamızda çaşmışıq”, – Rubinyan deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41